Təhlükəsizlik
“Card PRO”-un istehsal sahəsi müxtəlif CCTV sistemləri vasitəsi ilə sutkada 24 saat və bütün həftə boyu nəzarət olunaraq qorunur. Şirkətin bütün ərazisi boyu yerləşdirilmiş mühafizə kameralarının çəkdikləri görüntülər mərkəzləşdirilmiş şəkildə video serverdə yadda saxlanılır və prosedur qaydalrına əsasən arxivləşdirilir. Həmçinin kameralar vasitəsi ilə istehsal rəhbərləri tərəfindən istehsalata mərkəzləşdirilmiş qaydada tam nəzarət olunur. Şirkətə olan bütün girişlər ciddi nəzarət altındadır. Xüsusi ProxyCard sistemi şirkətin əsas giriş qapısına və istehsal bölümlərinin girişlərinə quraşdırılmışdır. Şirkətin kadr siyasəti təhlükəsizlik qaydalarına uyğun olaraq bir neçə yoxlanış mərhələsindən ibarətdir. Şirkətə qəbul olmaq arzusunda olan işçinin bütün verilənləri, əlaqələri, profesional bacarıqları və şəxsi keyfiyyətləri müfəssəl şəkildə araşdırılır sonra isə şirkət tərəfindən qərar verilir. Bütün yuxarıda sadalanan prosedurlar təhlükəsizliyi tam şəkildə qorumaq üçün həyata keçirilir.





