İstehsalat
“Scratch-off” kartların istehsalı bir neçə əsas addımlardan ibarət olan kompleks prossesdir. Əsas addımlara kartların 350-380 qramlıq kağız üzərində çapı, kodların və seriyaların həkk olunması, onların örtülməsi və sonda kartların qablaşdırılmasıdır. Kartlar çap olunduqdan sonra müxtəlif kəsim avadanlıqları vasitəsiylə istənilən formaya gətirilir. Sonda kartlar, ciddi nəzarət-kontrol sistemindən keçərək hazır məhsul kimi təsdiq olunur. Bütün bu prosseslər yüksək keyfiyyətli Alman, İtalyan və Yapon avadanlıqları üzərində həyata keçirilir.
Şirkətin yarandığı gündən bəri əsas diqqət yetirdiyi məsələlərdən biri heyətə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasıdir. Məhsullarımızın yüksək keyfiyyətini təmin edən əsas faktorlardan biri də məhz budur.





